DİN vətəndaşlara onlayn aliş-veriş zamanı diqqətli olmağa çağırıb.
News365.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev açıqlama verib.
"Nəzərinizə çatdırım ki, Daxili İşlər Nazirliyi vətəndaşlara dəfələrlə xəbərdarlıq edib ki, müxtəlif sosial şəbəkələr üzərindən və digər internet seqmentlərindən istifadə etməklə şirnikləndirici vədlər verirlər və hətta dövlət qurumlarının adlarından istifadə etmə halları müşahidə olunur. Bankların loqotiplərindən istifadə etməklə etibar qazanırlar və vətəndaşlara aid olan şəxsi bank kartı məlumatlarını istəyirlər. Vətəndaşa zəng gəlir, tələb olunur ki, hətta ona aid olan bank kartı məlumatlarını verin, əgər verməsəniz cərimə oluna bilərsiniz. Ona görədə vətəndaş artıq çıxılmaz vəziyyətdə qalır və özünə aid olan məlumatları verirlər. Müxtəlif üsullar var. Vətəndaş artıq CV kodun və şifrəni verdisə, artıq ona aid olan bank kartı məlumatları həmin neqativ əməllə məşğul olan şəxsin əlinə keçmiş olur. Biz vətəndaşlara xəbərdarlıq edirik. Tanımadığınız, etibar etmədiyiniz şəxslərə birmənalı olaraq onlayn qaydada ödəniş etməyin. Tərəfimizdən keçiriləntədbirlərlə həmin şəxslər müəyyən olunur və məsuliyyətə cəlb olunurlar"-deyə vurğulayıb.