
“İran nüvə silahı əldə etmək niyyətində deyil, ancaq beynəlxalq hüquq normalarına uyğun olaraq uranın zənginləşdirilməsinə davam edəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib.
“Biz nüvə silahına malik olmağı tamamilə rədd edirik – bu, bizim siyasi, dini, humanitar və strateji mövqeyimizdir”, – Pezeşkian qeyd edib.