“Zirə” bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, Rəşad Sadıqovun komandası Bakıda “Hayduk”la qarşılaşacaq.
Xorvatiya klubu ilə 8-ci km stadionunda keçiriləcək görüş saat 19:30-da başlayacaq.
Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 31-də Splitdə olacaq.
23 iyul
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
19:30. “Zirə” (Azərbaycan) – “Hayduk” (Split, Xorvatiya)
Baş hakim: Kristos Vergetis (Yunanıstan)
***
Matç başladı.
***
30-cu dəqiqədə “Zirə” hesabı açır. Brahim Konate fərqlənir.
***
İlk hissə başa çatdı.