AZ

“Zirə” -“Hayduk” matçında ikinci qol - Yenilənir+Canlı

“Zirə” bu gün UEFA  Konfrans Liqasında mübarizəyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, Rəşad Sadıqovun komandası Bakıda “Hayduk”la qarşılaşacaq.

Xorvatiya klubu ilə 8-ci km stadionunda keçiriləcək görüş saat 19:30-da başlayacaq.

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 31-də Splitdə olacaq.

23 iyul

UEFA Konfrans Liqası

2-ci təsnifat mərhələsi, ilk oyun

19:30. “Zirə” (Azərbaycan) – “Hayduk” (Split, Xorvatiya)

Baş hakim: Kristos Vergetis (Yunanıstan)

***
Matç başladı.

***

30-cu dəqiqədə “Zirə” hesabı açır. Brahim Konate fərqlənir.

***

İlk hissə başa çatdı.

***

İkinci hissə başladı.

***

68-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdirir - 1:1. Antoni Kalık fərqlənir.

Seçilən
94
4
qafqazinfo.az

10Mənbələr