Azərbaycan çempionu "Qarabağ" bu gün avrokubokların 2025/2026 mövsümündə debüt edib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə İrlandiyanın "Şelburn" klubu ilə qarşılaşır.
"Qarabağ" bu görüşdə tam heyətlə iştirak edəcək. Komandada zədəli və cəzalı oyunçu yoxdur.
Təmsilçimiz bu yay heyətini 4 yeni futbolçu ilə gücləndirib: Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae
Əlavə edək ki, tərəflər arasında cavab qarşılaşması 1 həftə sonra Bakıda oynanılacaq.
Çempionlar Liqası, II təsnifat mərhələsi
22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) 0:1 (ikinci hissə)
Leandro Andrade, 12
Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq
“Tolka Park”, Dublin, İrlandiya.