Azərbaycan çempionu "Qarabağ" bu gün avrokubokların 2025/2026 mövsümündə debüt edib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə İrlandiyanın "Şelburn" klubu ilə qarşılaşıb.
Qurban Qurbanovun yetirmələri böyükhesablı qələbə qazanıblar.
Tərəflər arasında cavab qarşılaşması iyulun 30-da Bakıda oynanılacaq.
Çempionlar Liqası, II təsnifat mərhələsi
22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) 0:3
Leandro Andrade, 12; Aleksey Kaşuk, 81; Nəriman Axundzadə, 85
Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Mihali, Mateo Erceq
“Tolka Park”, Dublin, İrlandiya.