AZ

Hərbi xidmətə çağırış ilboyu davam edə bilər – “Qaçmağa şans olmayacaq”

Rusiyada hərbi çağırışın ilboyu aparılmasını nəzərdə tutan yeni qanun layihəsi bu gün Dövlət Dumasına təqdim edilib.

News24.az konkret.az-a istinadla xəbər verir ki, sənədə əsasən, çağırış müddəti 1 yanvardan 31 dekabra qədər davam edəcək. Bununla belə, vətəndaşların xidmətə çağırılması əvvəlki kimi ildə iki dəfə – 1 aprel – 15 iyul və 1 oktyabr – 31 dekabr tarixləri arasında həyata keçiriləcək.

Dəyişikliyi şərh edən deputat Aleksey Juravlyov bildirib:

“Bu təşəbbüs çağırışdan yayınanların da sayını azalda bilər. İndiyədək yayda və qışda rahatlanıb yuvalarından çıxırdılar. Amma belə bir fasilə olmayacaqsa, qaçmaq da çətinləşəcək, yəni artıq ‘qaçmağa şansları olmayacaq’”.


Seçilən
30
2
news24.az

3Mənbələr