AZ

Türkiyədə on nəfərin həlak olduğu meşə yanğınları ilə bağlı istintaq başladılıb

İstanbul, 24 iyul, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Eskişehir vilayətində on işçinin həlak olduğu meşə yanğınları ilə bağlı ölkənin Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlayıb.

Hadisə ilə bağlı məlumat verən səhiyyə naziri Kemal Memişoğlu yanğın bölgəsindən çıxarılan yeddi nəfərin müalicəsinin xəstəxanada davam etdiyini, onlardan birinin vəziyyətinin ağır olduğunu deyib.

Bildirilib ki, xəstəxanaya yerləşdirilən 14 işçidən yeddisi ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Seçilən
17
2
azertag.az

3Mənbələr