AZ

Türkiyədə meşə yanğınları zamanı 14 nəfər həlak olub

Türkiyənin Eskişehir vilayətində on işçinin həlak olduğu meşə yanğınları ilə bağlı ölkənin Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlayıb.

Hadisə ilə bağlı məlumat verən səhiyyə naziri Kemal Memişoğlu yanğın bölgəsindən çıxarılan yeddi nəfərin müalicəsinin xəstəxanada davam etdiyini, onlardan birinin vəziyyətinin ağır olduğunu deyib.

Bildirilib ki, xəstəxanaya yerləşdirilən 14 işçidən yeddisi ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Seçilən
4
2
xezerxeber.az

3Mənbələr