AZ

Tayland-Kamboca sərhədində toqquşma

Bakı. Trend:

Tayland və Kamboca sərhədində mübahisəli ərazi ilə bağlı meydanagələn gərginlik silahlı toqquşmalara yol açıb. Toqquşmalarada azı 2mülki şəxsin həlak olduğu bildirilir.

Trend bu barədə“The Independent” nəşrinə istinadən xəbər verir.

Ölkələr bir-birini sərhədyanı yaşayış məntəqələrinə artilleriyazərbələri endirməkdə ittiham edirlər.

Tayland rəsmilərinin məlumatına görə, Surin əyalətinə Kambocadanedilən artilleriya hücumu nəticəsində azı 2 mülki şəxs ölüb, 5nəfər yaralanıb. Tayland ordusu sərhədyanı 86 kənddən ümumilikdə 40min sakini təhlükəsiz ərazilərə təxliyə edib.

Gərginlik fonunda Tayland havaya F-16 qırıcılarını qaldırıb vəKambocanın sərhədyanı ərazilərinə aviazərbələr endirib. Qeyd olunurki, Tayland hava qüvvələrinin həyata keçirdiyi hücum nəticəsindəKambocanın Xüsusi Hərbi Region Komandanlığının 8 və 9-cu bölmələrihədəfə alınıb.

Kamboca Müdafiə Nazirliyi Taylandın hərbi əməliyyatlarını“məsuliyyətsiz və vəhşi aqressiya” kimi qınayıb, qonşu ölkəniatəşkəs gərginliyinin azaldılması üçün əldə edilmiş razılaşmanıpozaraq Kamboca qoşunlarına atəş açmaqda ittiham edib.

Məqalədə:
Seçilən
74
1
az.trend.az

2Mənbələr