AZ

Ağdərənin Həsənriz kəndinə növbəti köç yola salınıb

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

Yolasalma Tərtər rayonu Bayraq meydanından olub.

Bu mərhələdə Həsənrizə 114 nəfərdən ibarət 29 ailə köçürülür.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:

Laçın – 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) – 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) – 215 nəfər (59 ailə)
Bəylik (Laçın rayonu) – 316 nəfər (79 ailə)
Füzuli – 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) – 871 nəfər (175 ailə)
Suqovuşan (Ağdərə) – 591 nəfər (180 ailə)
Talış (Ağdərə rayonu) – 90 nəfər (20 ailə)
Həsənriz (Ağdərə rayonu) – 566 nəfər (159 ailə)
Şuşa – 1396 nəfər (371 ailə)
Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
Ballıca (Xocalı rayonu) – 830 nəfər (178 ailə)
Cəbrayıl — 2501 nəfər (565 ailə)
Sarıcalı (Ağdam rayonu) – 771 nəfər (185 ailə)
Kəngərli (Ağdam) – 1128 nəfər (267 ailə)
Xanyurdu (Xocalı) – 122 nəfər (33 ailə)
Təzəbinə (Xocalı) – 125 nəfər (28 ailə)

Cəmi: 15 918 nəfər

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

Seçilən
17
6
moderator.az

9Mənbələr