Nazir bu barədə hökumətin növbəti iclasından sonra keçirilən brifinqdə çıxış edib. O, bir daha vurğulayıb ki, ümumxalq seçkilərinə qədər konstitusiya dəyişiklikləri ilə bağlı referendum heç vaxt elan olunmayıb.
"Yeni Konstitusiya mətninin 2026-cı il seçkilərinə qədər hazır olması üçün əlimizdən gələni etməliyik. Bu məsələni yalnız Ermənistan və onun xalqı həll edə bilər", - deyə Qalyan bildirib.
Nazir həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan sülh sazişinin mətni üzrə razılığa gəlib və danışıqları başa çatdırıb. Buna baxmayaraq, Azərbaycan Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini sazişin imzalanması üçün ilkin şərt kimi irəli sürür. Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, Konstitusiyada heç bir qonşu dövlətə qarşı ərazi iddiaları yoxdur.