AZ

İstanbulda Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başa çatıb

İstanbulun Çırağan sarayında tam tərkibdə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başa çatıb.

 

Senzor.az bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

 

Danışıqlar 40 dəqiqə davam edib.

 

Əlavə məlumat veriləcək.

 


**21:51


İstanbulun Çırağan sarayında tam tərkibdə birbaşa Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu başlayıb.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan danışıqlar başlamazdan əvvəl qeyd edib ki, Ankara Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda uğur gözləyir, sülh və əsirlərin mübadiləsini asanlaşdırmaq üçün əlindən gələni edəcək.

 

**21:14

 

Çırağan sarayında Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski ilə Rüstəm Umerov arasında təkbətək görüş keçirilir.

 

Senzor.az Türkiyə KİV-ə istinadən bildirir ki, görüş media üçün qapalıdır.

 

**20:22

 

İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu başlayıb.

 

Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Rusiya və Ukrayna nümayəndə heyətləri Ukrayna ilə Rusiya arasında sülh danışıqları üçün İstanbuldakı Çırağan Sarayına gəliblər.


Seçilən
89
3
senzor.az

10Mənbələr