İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Danışıqlarda Türkiyə xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Rusiya və Ukrayna nümayəndə heyətləri Ukrayna ilə Rusiya arasında sülh danışıqları üçün İstanbuldakı Çırağan Sarayına gəlib.
***
Türkiyə xarici işlər naziri Hakan Fidan danışıqların üçüncü raundunun açılışında mətbuata aşağıdakıları bildirib:
“Hörmətli nümayəndə heyətlərinin başçılarına və üzvlərinə bir daha təşəkkür edirəm. Ümid edirəm ki, bu gün aparacağınız danışıqlar Ukrayna və Rusiya xalqları üçün faydalı nəticələrə gətirib çıxaracaq.
İstanbul danışıqları bizə sülhə nail olmaq üçün münaqişə və silahdan daha çox diplomatiya və dialoqun daha çox əhəmiyyət kəsb etdiyini bütün dünyaya nümayiş etdirmək imkanı verir”.
***
Türkiyə KİV bildirir ki, tərəflərin tam tərkibli görüşü start götürüb.






