AZ

Bu il istintaqı tamamlanmış işlər üzrə ziyanın 21 milyon manatı ödənilib, 13 milyonluq əmlaka həbs qoyulub

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cari ilin birinci yarısında prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə ümumilikdə 55 milyon 783 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluqda cari ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş geniş kollegiya iclasında deyilib.

Bildirilib ki, istintaq tədbirləri ilə dəymiş ziyanın 37,7 faizinin, yəni 21 milyon 26 min manat hissəsinin ödənilməsinə nail olunub. Habelə 13 milyon 788 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
90
5
apa.az

10Mənbələr