AZ

Bu il istintaqı tamamlanmış işlər üzrə ziyanın 21 milyon manatı ödənilib, 13 milyonluq əmlaka həbs qoyulub

Cari ilin birinci yarısında prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə ümumilikdə 55 milyon 783 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilib.

Bu barədə Baş Prokurorluqda cari ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş geniş kollegiya iclasında deyilib.

Bildirilib ki, istintaq tədbirləri ilə dəymiş ziyanın 37,7 faizinin, yəni 21 milyon 26 min manat hissəsinin ödənilməsinə nail olunub. Habelə 13 milyon 788 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.

MənbəAPA
Seçilən
74
11
banker.az

10Mənbələr