AZ

Azərbaycanda əmlak sığortası bazarı 9%-dən çox böyüyüb

Bakı. Trend:

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda əmlak sığortasıüzrə sığorta şirkətlərinin yığımları 107 milyon manat təşkiledib.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları iləmüqayisədə 9,1 milyon manat və ya 9,3% çoxdur.

Eyni zamanda hesabat dövründə əmlak sığortası üzrə ödənişlərinhəcmi 20,2 milyon manat təşkil edib. Bu isə 2024-cü ilinyanvar-iyun aylarındakı göstərici ilə müqayisədə 4 milyon manat vəya 24,6% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakısığorta şirkətlərinin xətti ilə 817,048 milyon manat sığorta haqqıyığılıb.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 91,9 milyonmanat və ya 12,7% çoxdur.

Eyni zamanda 2025-ci ilin ilk 6 ayında Azərbaycandakı sığortaşirkətlərinin xətti ilə 432,198 milyon manat sığorta ödənişiedilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 76,1 milyonmanat və ya 21,4% artım deməkdir.

Məqalədə:
Seçilən
67
6
az.trend.az

10Mənbələr