Bakı. Trend:
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda qeyri-həyatsığortası üzrə sığorta şirkətlərinin yığımları 177,578 milyon manattəşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları iləmüqayisədə 12,6 milyon manat və ya 7,6% çoxdur.
Eyni zamanda, hesabat dövründə qeyri-həyat sığortası üzrəödənişlərin həcmi 54,282 milyon manat təşkil edib. Bu isə 2024-cüilin yanvar-may aylarındakı göstərici ilə müqayisədə 2,9 milyonmanat və ya 5,6% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakısığorta şirkətlərinin xətti ilə 817,048 milyon manat sığorta haqqıyığılıb.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 91,9 milyonmanat və ya 12,7% çoxdur.
Eyni zamanda 2025-ci ilin ilk 6 ayında Azərbaycandakı sığortaşirkətlərinin xətti ilə 432,198 milyon manat sığorta ödənişiedilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 76,1 milyonmanat və ya 21,4% artım deməkdir.