AZ

Azərbaycanda mal-qara sürətlə azalır - heyvandarlıq təhlükədə!

2025-ci ilin ilk yarısında Azərbaycanda mal-qaranın sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, xüsusilə iribuynuzlu heyvanların, qoyun-keçinin sayında nəzərəçarpacaq azalma qeydə alınıb.

Belə ki, iribuynuzlu mal-qaranın ümumi sayı ötən ilin ilk yarısı ilə müqayisədə 2 faiz azalıb. Hazırda ölkəmizdə 2.45 milyon iribuynuzlu mal-qara var.

Qoyun və keçilərin sayında isə azalma daha çoxdur. 2024-cü ildə Azərbaycanda 7.1 milyon qoyun-keçi olduğu halda bu ilin ilk yarısında 6.9 milyon olub. Azalma təxminən 3.4 faizdir.

2025-ci ilin yanvar-iyun aylarında ölkəmizdə 3377 donuz qeydiyyata alınıb ki, bu da ötən illə müqayisədə 13.5 faiz azdır.

Maraqlıdır ki, heyvanların sayında baş verən bu azalmaya baxmayaraq, ət və süd istehsalında cüzi də olsa artım müşahidə olunur. Bu, ya məhsuldarlığın artması, ya da daha iri cins heyvanlardan istifadə ilə əlaqələndirilə bilər.

Qeyd edək ki, quşçuluq təsərrüfatlarında da geriləmə hiss olunur. Kənd təsərrüfatı müəssisələri üzrə quşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb.

Ümumilikdə, heyvandarlıq sektorunda heyvan baş sayının azalması Azərbaycanın ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı siyasəti baxımından ciddi təhlil və tədbirlər tələb edən məsələ kimi qiymətləndirilir.

1450898

Elnur Əmirov

Seçilən
23
34
modern.az

10Mənbələr