AZ

Ölkədə əczaçılıq sənayesində kəskin artım: İstehsal 95%-dən çox yüksəlib

Finss.az - 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 14,8 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal olunub.

Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Rəsmi statistikaya əsasən, əczaçılıq sənayesində istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 95,2% artım göstərib. Bu, sektorun sürətlə genişləndiyini və daxili istehsalın gücləndiyini göstərir.

İlin ilk altı ayında 8,86 milyon manatlıq dərman məhsulları istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 45,2% çoxdur. 2025-ci il iyulun 1-nə olan məlumata görə, 663,5 min manatlıq hazır məhsul ehtiyatı mövcuddur.

 

Seçilən
31
30
fins.az

10Mənbələr