Bakı, 21 iyul, AZƏRTAC
İxtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair Agentliyə 200 iddia sənədi (2024-cü ilin müvafiq hesabat dövründə 142 iddia sənədi), o cümlədən ixtiraya aid 142 (2024-cü ilin müvafiq hesabat dövründə 104), faydalı modelə aid 27 (2024-cü ilin müvafiq hesabat dövründə 22), sənaye nümunəsinə aid 31 (2024-cü ilin müvafiq hesabat dövründə 16) iddia sənədi daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə milli mətbuatın 150 illiyi münasibətilə Əqli Mülkiyyət Agentliyində keçirilən tədbirdə bildirilib.
Patentlərin alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2024-cü ilin müvafiq hesabat dövrü ilə müqayisədə ixtiralar üzrə 36,5 faiz faydalı modellər üzrə 22,7 faiz, sənaye nümunələri üzrə isə 93,8 faiz artıb.