"Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi "Aris"ə qalib gəlib.
BAKU.WS xəbər verir ki, "Dalğa Arena"da keçirilən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.
***21:42
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) oyununda üçüncü qol vurulub.
BAKU.WS-in məlumatına görə, "Dalğa Arena" stadionunda keçirilən qarşılaşmada təmsilçimiz hesabda irəli çıxıb - 2:1.
"Araz-Naxçıvan"ın heyətində 78-ci dəqiqədə Patrik Andrade fərqlənib. Buna qədər isə "Araz-Naxçıvan"ın heyətində 75-ci dəqiqədə Felipe Santos qol vurub.
***21:30
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) oyununda hesab açılıb.
BAKU.WS-in məlumatına görə, "Dalğa Arena" stadionunda keçirilən qarşılaşmada qonaqlar hesabda irəli çıxıblar.
Rəqibin heyətində 66-cı dəqiqədə Moron Loren adını tabloya yazdırıb.
***20:06
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) oyunu start götürüb.
BAKU.WS-in məlumatına görə, matç "Dalğa Arena" stadionunda keçirilir.
Qarşılaşmanı rumıniyalı FIFA referisi Andrey Kivulete idarə edir.