UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında hesab bərabərləşib.
"Report"un məlumatına görə, "Aris"in heyətində Monçu 90-cı dəqiqədə fərqlənib - 2:2.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçı başa çatıb.
BAKU.WS-in məlumatına görə, qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
İki oyunun nəticəsinə görə "Araz-Naxçıvan" növbəti mərhələyə adlayıb.
Azərbaycan təmsilçisi növbəti mərhələdə Kiprin "Omonia" klubu ilə qarşılaşacaq.
***23:43
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında növbəti qol vurub.
BAKU.WS-in məlumatına görə, "Aris" hesab arasındakı fərqi azaldıb. 62-ci dəqiqədə Fabiano Leisman 62-ci dəqiqədə fərqlənib - 1:2.
***22:55
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçında ikinci qol vurulub.
BAKU.WS-in məlumatına görə, "Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos penaltidən fərqlənib - 2:0.
***22:29
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Araz-Naxçıvan" - "Aris" (Yunanıstan) matçında hesab açılıb.
BAKU.WS-in məlumatına görə, Naxçıvan klubunun heyətində Çarles Boli 11-ci dəqiqədə fərqlənib.
***22:19
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Aris" (Yunanıstan) - "Araz-Naxçıvan" matçına start verilib.
BAKU.WS-in məlumatına görə, matç Saloniki şəhərindəki "Kleantis Vikelidis" stadionunda keçirilir.
Qarşılaşmanı şotlandiyalı referi Devid Dikinson idarə edir. Tərəflər arasında ilk görüşdə Naxçıvan təmsilçisi 2:1 hesablı qələbə qazanıb.