Ermənistanın Gümrü şəhərində rusiyalı hərbi qulluqçu ölü tapılıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildrilir ki, meyit axşam saatlarında yarımçıq tikilinin yanında aşkarlanıb. Onun qolunda yaralar olub.
İlkin məlumata görə, ölən şəxs Rusiyanın 102-ci hərbi bazasında xidmət edib. Ölən hərbçinin Rusiyanın 24 yaşlı vətəndaşı K.Antonenko olduğu müəyyən edilib.