AZ

Ermənistanda rus hərbçinin meyiti tapıldı

Ermənistanın Gümrü şəhərində rusiyalı hərbi qulluqçusu ölü tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Mənbə qeyd edir ki, meyit axşam saatlarında yarımçıq tikilinin yanında aşkarlanıb. Onun qolunda kəsici-deşici yaralar olub.

İlkin məlumata görə, ölən şəxs Rusiyanın 102-ci hərbi bazasında xidmət edib. Onun Rusiyanın 24 yaşlı vətəndaşı K.Antonenko olduğu müəyyən edilib.

Bizim.Media

Seçilən
40
4
bizim.media

5Mənbələr