Ukraynada "Səs" partiyasından olan xalq deputatı Yaroslav Rusçişin yol qəzasında dünyasını dəyişib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün İvano-Frankovsk vilayətinin Babuxov kəndi yaxınlığındakı yolda baş verib.
Qeyd olunur ki, deputat “Harley-Davidson” markalı motosikleti ilə idarəetməni itirərək eyni istiqamətdə hərəkət edən traktorla toqquşub. O, tibb müəssisəsinə aparılarkən dünyasını dəyişib.