Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
"Football-plus.az" xəbər verir ki, bu həftə ölkə reytinqinə 0,875 əmsal əlavə olunub.
Bu, Azərbaycan klublarının avrokuboklarda göstərdiyi nəticələrdən sonra reallaşıb.
Hazırda Azərbaycan 18,125 əmsalla 29-cu pillədədi. 28-ci pillədə Rusiya (18,299), 30-cu sırada isə Bolqarıstan (16,875) qərarlaşıb.
UEFA reytinqinə İngiltərə (94,839) başçılıq edir.
Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyada "Şelburn"u (3:0) məğlub edib. Konfrans Liqasının 2-ci təsnifat mərhələsində isə "Sabah" Moldovada "Petrokub"a (2:0) "Araz-Naxçıvan" isə Bakıda "Aris"ə (2:1) qalib gəlib. Bu turnirdəki üçüncü təmsilçimiz "Zirə" evdə "Hayduk"un (Xorvatiya) müqavimətini qıra bilməyib - 1:1.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta