Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib. Cari həftə ölkə
reytinqinə 0,875 əmsal əlavə olunub. Bu, Azərbaycan klublarının avrokuboklarda
göstərdiyi nəticələrdən sonra reallaşıb.
Hazırda Azərbaycan 18,125 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Rusiya
(18,299), 30-cu sırada isə Bolqarıstan (16,875) qərarlaşıb. UEFA reytinqinə
İngiltərə (94,839) başçılıq edir. Qeyd
edək ki, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində
İrlandiyada "Şelburn"u (3:0) məğlub edib. Konfrans Liqasının II təsnifat
mərhələsində isə "Sabah" Moldovada "Petrokub"a (2:0),
"Araz-Naxçıvan" isə Bakıda "Aris"ə (2:1) qalib gəlib.
Bu turnirdəki üçüncü təmsilçimiz "Zirə" evdə
"Hayduk"un (Xorvatiya) müqavimətini qıra bilməyib - 1:1.