Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Kəpəz" daha bir yoxlama oyununa çıxacaq.
Operativ Media xəbər verir ki, Gəncə şəhər təmsilçisi "Şamaxı" ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 18:30-da start götürəcək.
Qeyd edək ki, "Kəpəz" son yoxlama oyununda "Qəbələ"yə 2-0 hesabı ilə məğlub olub.