AZ

Mehmanxanalarda gecələmələrin sayı 2 milyona yaxınlaşıb

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxanatipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilinyanvar-iyun ayları ilə müqayisədə 6,4 faiz artaraq, 1,971 milyonolub.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gecələmələrin ümumi sayının 62,6 faizi Bakıda,6,4 faizi Qusarda, 4,9 faizi Naftalanda, 4,4 faizi Qəbələdə, 3,2faizi Şabranda, 3 faizi Qubada, 2,6 faizi Lənkəranda, 1,4 faiziŞamaxıda, 1,1 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faiziŞuşada, 1,0 faizi Masallıda, 1 faizi Xaçmazda və 7,3 faizi digərşəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxanatipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyigecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə10,3 faiz artaraq 1,193 milyon olub ki, bu da ümumi gecələmələrin60,5 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 19,3 faiziHindistan, 12,8 faizi Rusiya Federasiyası, 9,1 faizi Türkiyə, 6,7faizi Səudiyyə Ərəbistanı, 5,3 faizi Birləşmiş Ərəb Əmirlikləri,4,1 faizi İsrail, 3,3 faizi ABŞ, 2,8 faizi Çin, 2,8 faizi Pakistan,2,7 faizi Qazaxıstan, 2,5 faizi Özbəkistan, 2,4 faizi Küveyt, 2,0faizi Böyük Britaniya, 1,1 faizi Almaniya, 0,9 faizi İtaliya, 0,7faizi Gürcüstan, 0,6 faizi Bəhreyn, 0,6 faizi İran, 20,3 faizi isədigər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyigecələmələrin 80,8 faizi Bakıda, 7,2 faizi Qusarda, 4,1 faiziNaftalanda, 3,2 faizi Qəbələdə, 2,1 faizi Qubada, 0,5 faiziŞamaxıda, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalardaqeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyigecələmələrin sayı 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə0,9 faiz artaraq 778,1 min olub ki, bu da ümumi gecələmələrin 39,5faizini təşkil edir.

Seçilən
114
1
az.trend.az

10Mənbələr