Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxanatipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-iyun ayları iləmüqayisədə 9,2 faiz artaraq 290 milyon manat olub.
Trend DövlətStatistika Komitəsinə istinadən xəbər verir ki, gəlirlərin 60,4faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən,27,5 faizi ictimai iaşə xidmətlərindən, 3,2 faizi müalicə vəsağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətləringöstərilməsindən əldə edilib.
Bu ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxanatipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkəüzrə 21,4 faiz olub (2024-cü ilin yanvar-iyun aylarında 21,1faiz).
Bu göstərici Şabranda 51,5 faiz, Naftalanda 40,2 faiz, Bakıda34,1 faiz, Qusarda 31,6 faiz, Sabirabadda 27,4 faiz, Qəbələdə 22,1faiz, Bərdədə 19,5 faiz, Lənkəranda 17,9 faiz, Şamaxıda 17,4 faiz,Qubada 17,1 faiz, Biləsuvarda 16,3 faiz, Beyləqanda 16 faiz,Ağstafada 15,8 faiz, digər şəhər və rayonlarda isə 15,8 faizdənaşağı olub.