AZ

Qazaxıstan Xəzəryanı ölkələrə ÇAĞIRIŞ ETDİ

Qazaxıstanın Baş naziri Oljas Bektenov Xəzəryanı ölkələri dənizin dayazlaşması ilə mübarizədə əməkdaşlığı gücləndirməyə çağırıb.

Viral.az/” target=”_blank”>Viral.az Baş nazirin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bu barədə Altay şəhərində keçirilən ilk Beynəlxalq Ekoloji Konfransda bildirib.

“2000-ci illərin əvvəllərindən Xəzər dənizinin səviyyəsinin azalması tendensiyası müşahidə olunur. Bu və digər problemləri öyrənmək üçün Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutu yaradılıb. Alimlərin proqnozları ürəkaçan deyil. Bu unikal su hövzəsini qorumaq üçün bütün Xəzəryanı dövlətlərin qətiyyətli və koordinasiyalı fəaliyyəti lazımdır”, – Baş nazir vurğulayıb.

Son Yazılar:

Digər prioritetlər arasında o, Aral dənizi ətrafındakı vəziyyəti qeyd edib. Onun sözlərinə görə, Aralı Xilasetmə Beynəlxalq Fonduna rəhbərlik edən Qazaxıstan ekosistemin bərpası üzrə bir sıra layihələr həyata keçirir: Kokaral bəndi möhkəmləndirilir, balıqçılıq sənayesinə dəstək göstərilir və keçmiş dənizin qurumuş dibində yaşıllaşdırma işləri aparılır.

Seçilən
17
4
viral.az

10Mənbələr