Qazaxıstanın Baş naziri Oljas Bektenov Altay Respublikasında (Rusiya Federasiyası) keçirilən birinci Beynəlxalq Ətraf Mühit Konfransında çıxışı zamanı Xəzər dənizinin dayazlaşmasını əsas regional problemlərdən biri kimi qeyd edib.
Tədbirdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə diqqət yetirilib, Xəzəryanı dövlətlər arasında regional əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyi vurğulanıb.
Qazaxıstanın hökumət başçısı qeyd edib: “2000-ci illərin əvvəllərindən Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi tendensiyası var. Bu və digər problemlərin tədqiqi üçün Qazaxıstanda Xəzər Tədqiqat İnstitutu yaradılıb. Alimlərin proqnozları məyusedicidir. “Bu unikal su anbarını qoruyub saxlamaq üçün bütün Xəzəryanı dövlətlərin qətiyyətli əlaqələndirilmiş fəaliyyətinə ehtiyac var”.
ZÜMRÜD