"Neftçi" Alfa Konte ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
“Neftçi” Konte ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib və Syerra Leonedən olan futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 2024-cü ilin yanvarında transfer olunmuş Konte “Neftçi”nin heyətində 25 rəsmi oyun keçirib.