Bakı. Trend:
“Neftçi” futbol klubu hücumçu Alfa Konte ilə müqaviləyəqarşılıqlı razılıq əsasında xitam verib.
Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Syerra Leonedən olan futbolçuya gələcək karyerasında uğurlararzulayırıq”, - məlumatda bildirilib.
Qeyd edilib ki, 2024-cü ilin yanvarında transfer olunmuş Konte“Neftçi”nin heyətində 25 rəsmi oyun keçirib.