AZ

Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar meşəlik əraziyə keçdi - YENİLƏNİB

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar geniş əraziyə yayılaraq meşəlik əraziyə keçib.
 
Ərazinin çətin relyefli olması yanğına qurudan operativ müdaxilədə çətinliklər yaradır. Bunun üçündə daha çox havadan müdaxilə zərurəti yaranıb.
 
Hazırda hadisə yerində FHN-in yanğınsöndürmə briqadaları ilə yanaşı, helikopterlər də yanğını söndürmək üçün fəaliyyətlərini davam etdirirlər.
 
12:05
 
Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir.
 
Moderator.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları ilə yanaşı, helikopterlər də cəlb olunub.
 
Helikopterlər yanğını söndürmək üçün suyu yaxınlıqdakı Suqovuşan su anbarından götürürlər.
 
11:00
 
Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.
 
Yanğın əsasən quru ot və kolluq ərazini əhatə edir.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb ediliblər.
 
Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.
Seçilən
57
6
moderator.az

10Mənbələr