Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar baş verib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.
Məlumata görə, hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları ilə yanaşı, helikopterlərdə cəlb olunub.
Helikopterlər yanğını söndürmək üçün suyu yaxınlıqdakı Suqovuşan su anbarından götürürlər.