Bakı. Trend:
Kiyev və Moskva əgər buna hazır olduqlarını bildirərlərsədanışıqları Bakıda keçirə bilərlər.
Trend xəbər verirki, bunu Azərbaycan Prezidentinin köməkçisi - PrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsindəbildirib
“Əgər bizim dostlar və tərəfdaşlar Bakıda görüşmək istəsələr,biz onları məmnuniyətlə qəbul edərik... Biz hamını dəvət edirik,ancaq heç kimi məcbur edə bilmərik. Təşəbbüs gərək onlardangəlsin”, - deyə o bildirib.
Hikmət Hacıyevin sözlərinə görə, artıq Bakı bütün Xəzəryanıregionun diplomatik paytaxtına çevrilib.
“Burada Türkiyə və İsrail arasında danışıqlar aparılıb. Suriyavə İsrail də Bakıda dialoq qurub. Keçmişdə burada Rusiya və ABŞarasında raketdən müdafiə sistemləri ilə bağlı stratejimüzakirələr, eləcə də Rusiya və NATO arasında danışıqlar keçirilib.Son vaxtlar isə Bakıda bir sıra digər qapalı diplomatik tədbirlərbaş tutub”, – deyə o vurğulayıb.