AZ

Bakı Kiyev və Moskvaya danışıqlar üçün meydança təşkil edə bilər - Hikmət Hacıyev

BAKI, TurkicWorld

Kiyev və Moskva əgər buna hazır olduqlarını bildirərlərsə danışıqları Bakıda keçirə bilərlər.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib

"Əgər bizim dostlar və tərəfdaşlar Bakıda görüşmək istəsələr, biz onları məmnuniyətlə qəbul edərik... Biz hamını dəvət edirik, ancaq heç kimi məcbur edə bilmərik. Təşəbbüs gərək onlardan gəlsin", - deyə o bildirib.

Hikmət Hacıyevin sözlərinə görə, artıq Bakı bütün Xəzəryanı regionun diplomatik paytaxtına çevrilib.

"Burada Türkiyə və İsrail arasında danışıqlar aparılıb. Suriya və İsrail də Bakıda dialoq qurub. Keçmişdə burada Rusiya və ABŞ arasında raketdən müdafiə sistemləri ilə bağlı strateji müzakirələr, eləcə də Rusiya və NATO arasında danışıqlar keçirilib. Son vaxtlar isə Bakıda bir sıra digər qapalı diplomatik tədbirlər baş tutub", – deyə o vurğulayıb.

Seçilən
47
2
turkic.world

3Mənbələr