2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək "Karvan" yeni transferini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Yevlax klubu Vadim Abdullayevi transfer edib.
Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, yarımmüdafiəçi son olaraq “Araz Naxçıvan” klubunun formasını geyinib.