AZ

İsgəndər Xəlilovun oğlunun şirkəti ofisdə axtarış aparılmasını təkzib etdi – Yenilənib

Rusiyanın ən böyük neft məhsulları daşıyıcısı olan “Railgo” şirkətinin rəhbəri Rəhman Xəlilov Rusiya təhlükəsizlik qüvvələrinin şirkətin ofisində axtarışlar aparması ilə bağlı yayılan məlumatları təkzib edib.

Hurriyyet.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.

Şirkətdən bildirilib ki, “Railgo”nun ofisində iş adi ştat rejimində aparılıb.

Eyni zamanda, qeyd edilib ki şirkətlə bağlı hər hansı əməliyyat-istintaq tədbirləri həyata keçirilməyib.

Qeyd edək ki, Rusiyanın “Mash” teleqram kanalı “Railgo”nun ofisində axtarış aparılması barədə məlumat yaymışdı.

***

Rusiya xüsusi təyinatlıları məşhur azərbaycanlı oliqarx İsgəndər Xəlilovun oğlunun ofisinə basqın ediblər.

Hürriyyet.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalında məlumat dərc olunub.

“Neft məhsullarının daşınması ilə məşğul olan “Railgo” şirkətinə aid icra bürosunda axtarış həyata keçirilib. Məlumata görə, bu səhər xüsusi təyinatlılar və istintaq orqanının əməkdaşları Moskvanın Lujniki rayonundakı mərkəzi ofisə basqın edərək sənədləri müsadirə ediblər və əməkdaşların ofisdən çıxışına icazə verməyiblər”, - məlumatda deyilir.

Qeyd edək ki, “Railgo” şirkəti Azərbaycan əsilli oliqarx İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsusdur. Şirkət Xəzər dənizi və Gürcüstan üzərindən neft məhsullarının tranzitini həyata keçirir.

Rəhman Xəlilov

Məlumat üçün bildirək ki, İsgəndər Xəlilov 1955-ci ildə Bakıda anadan olub. 1988-ci ildən 1991-ci ilə qədər "LUKoyl" şirkəti prezidentinin məsləhətçisi olub. 1991-ci ildə "LUKoyl - Azərbaycan" Neft Şirkətinin direktorlar şurasının sədri seçilib. 1996-cı ildən 2000-ci ilə qədər "LUKoyl - Türkiyə" nümayəndəliyinin İdarə Heyətinin rəhbəri olub.

İsgəndər Xəlilov

Hazırda İsgəndər Xəlilovun kiçik oğlu Rauf Xəlilovun rəhbərlik etdiyi “İSR Holdinq”in rəsmi saytında qeyd olunur ki, şirkət 1995-ci ildə təsis edilib və fəaliyyət sahəsinə otelçilik, daşınmaz əmlak, logistika, texnologiya, pərakəndə satış, avtomobil istehsalı və s. kimi sahələr daxildir.

Holdinq öz müəssisələri ilə yanaşı, “Park Inn by Radisson”, “Hilton”, “Toyota”, “Lexus”, “Zara”, “Bershka” və s. kimi bir sıra məşhur beynəlxalq brendlərin də təmsilçisidir.

Yeniavaz.com

Seçilən
91
50
hurriyyet.az

10Mənbələr