AZ

İsgəndər Xəlilovdan xəbər var: Rusiya kanallarının hədəfə aldığı iş adamı ailəsi ilə bu ölkədədir

Tanınmış azərbaycanlı iş adamı İsgəndər Xəlilovun Rusiyadan Azərbaycana qaçması, hüquq-mühafizə orqanlarının onu sıxışdırması və ofislərində axtarış aparılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

KONKRET.az xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, iş adamına yaxın şəxslər bildiriblər ki, İsgəndər Xəlilov hal-hazırda ailəsi ilə birlikdə Türkiyənin Bodrum şəhərində istirahət edir. Onun nə özü, nə də ailə üzvləri ilə bağlı hər hansı hüquqi problem və ya istintaq prosesi mövcud deyil.

Qeyd edək ki, son günlər Rusiya mediasında və bir sıra tirajlı teleqram kanallarında Xəlilovun oğluna məxsus olan “Railgo” şirkətinin Moskva ofisində guya hüquq-mühafizə orqanları tərəfindən axtarış aparıldığına dair məlumatlar yayılıb. Bu iddialar sonradan iş adamının özünün də guya ölkədən qaçdığı və təhlükədə olduğu barədə şayiələrin yayılmasına səbəb olub.

Lakin “Railgo” şirkətinin rəhbərliyi bu məlumatları rəsmi şəkildə təkzib edib. Şirkətin yaydığı bəyanatda bildirilir ki, 25 iyul 2025-ci il tarixində şirkətin heç bir obyektində istintaq və ya əməliyyat tədbiri həyata keçirilməyib və iş prosesi normal şəkildə davam edib.

Bununla paralel olaraq, İsgəndər Xəlilovun yaxın çevrəsi də yayılan məlumatların qərəzli və dezinformasiya xarakterli olduğunu bildirib. Onlar bu cür xəbərlərin iş adamının və ailəsinin nüfuzuna xələl gətirmək məqsədi daşıdığını vurğulayıblar.

Musavat.com hazırda İsgəndər Xəlilovla eyni şəhərədə olan tanınmış bir şəxslə əlaqə yarada bilib. O deyib ki, İsgəndər Xəlilovun sıxışdırılması xəbəri həqiqətə uyğun deyil: “Az öncə onunla birlikdə idim. Kofe içdik, danışdıq. Nə özünün, nə də ailəsinin heç bir problemi yoxdur. Xeyli müddətdir ailəsi ilə birlikdə əvvəlcədən planlaşdırdığı Bodrum tətilindədir”

Seçilən
73
3
konkret.az

10Mənbələr