AZ

“Şamaxı” “Kəpəz”ə böyük hesabla qalib gəldi

Bu gün “Kəpəz” və “Şamaxı” arasında yoxlama oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, matç Qəbələ şəhər stadionunda oynanılıb. Görüş “Şamaxı”nın 6:1 hesablı qələbəsi ilə başa çatıb.

“Kəpəz” bunadək “Qəbələ” ilə yoxlama oyununda uduzub – 0:2. Gəncə klubu toplanış çərçivəsində daha 3 görüş keçirməyi planlaşdırır.

“Şamaxı”nın yay hazırlıq toplanışı avqustun 9-na kimi davam edəcək. Bölgə təmsilçisi son olaraq “İmişli” ilə qarşılaşacaq.

Seçilən
17
4
qafqazinfo.az

10Mənbələr