AZ

“Şamaxı” “Kəpəz”ə 6 qol vurdu

style='margin-bottom:10px;'>

Bu gün "Kəpəz" və "Şamaxı" arasında yoxlama oyunu keçirilib.

QOL.az xəbər verir ki, matç Qəbələ şəhər stadionunda oynanılıb. Görüş "Şamaxı"nın 6:1 hesablı qələbəsi ilə başa çatıb.

“Şamaxı”dan qolları Rossi, Şuaybu, Emil Süleymanov, Rikardo Apolinario və Balau (dubl), “Kəpəz”dən isə Fərid Kələntərov vurub.

Qeyd edək ki, "Kəpəz" bunadək "Qəbələ" ilə yoxlama oyununda uduzub - 0:2. Gəncə klubu toplanış çərçivəsində daha 3 görüş keçirməyi planlaşdırır.

"Şamaxı"nın yay hazırlıq toplanışı avqustun 9-na kimi davam edəcək. Bölgə təmsilçisi son olaraq "İmişli" ilə qarşılaşacaq. 

Seçilən
76
4
teleqraf.com

10Mənbələr