Səudiyyə Ərəbistanının Nəqliyyat Nazirliyi tərəfindən iyulun 24-də ilkin sınaq mərhələsində istifadəyə verilən sürücüsüz avtomobillər tezliklə “Uber” tətbiqi vasitəsilə müştərilərə xidmət göstərəcək. Avtosfer.az xəbər verir ki, bunu Uber-in Yaxın Şərq üzrə avtonom mobillik üzrə rəhbəri Məhəmməd Cərdanə “əl-Arabiyyə” deyib. Səudiyyə Ərəbistanının Nəqliyyat Nazirliyi pilotsuz nəqliyyatın adi avtomobillərdən 10 dəfə daha təhlükəsiz olduğunu bildirib. Sürücüsüz avtomobillər ilkin mərhələdə paytaxt ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanı və bir sıra digər mühüm yerləri, o cümlədən magistral yollar və şəhərin mərkəzi daxil olmaqla 7 istiqamət üzrə real iş mühitində fəaliyyət göstərəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta