AZ

Samuxda istifadəyə yararsız pestisid zərərsizləşdiriləcək

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Samuxda istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin xüsusi poliqonda zərərsizləşdirilməsi həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Məlumata əsasən, həyata keçirilən tədqiqatlar və risk analizləri nəticəsində 11 rayon üzrə 14 məntəqədə bu cür təhlükə potensiallı obyektlərin mövcudluğu müəyyən edilib.

Agentliyin cəlb etdiyi xüsusi lisenziyalı şirkət Samux rayonu ərazisində istifadəyə yararsız pestisidlərin, o cümlədən çirklənmiş torpaq qatının daşınması prosesini həyata keçirəcək. Belə ki, beynəlxalq təhlükəsizlik tələblərinə uyğun qaydada qablaşdırılan yüklərin zərərsizləşdirilməsi məqsədilə “Cəngi pestisid poliqonu”na xüsusi nəqliyyat vasitəsilə daşınması və yerləşdirilməsi təmin olunacaq.

Xatırladaq ki, ötən il Ağstafa və Beyləqan rayonlarından ümumilikdə 747 ton istifadəyə yararsız pestisidin və həmin maddələrlə bilavasitə qarışaraq çirklənmiş torpaq kütləsi zərərsizləşdirmək məqsədilə xüsusi nəqliyyat vasitəsilə “Cəngi pestisid poliqonu”na daşınıb.

Qeyd edək ki, icra olunan bu tədbirlər növbəti mərhələdə digər rayonlardakı təhlükə potensiallı obyektlərdə də davam etdiriləcək, istifadəyə yararsız pestisidlərin zərərsizləşdirilməsi üzrə ardıcıl addımlar atılacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
50
bakivaxti.az

10Mənbələr