"Turan Tovuz" növbəti transferini reallaşdırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi Filip Ozobiçi heyətinə qatıb. Son olaraq “Neftçi”nin şərəfini qoruyan yarımmüdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb.
Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”da da forma geyinib. Ozobiç 2021-ci ildən şərəfini qoruduğu millimizin heyətində 15 oyun keçirib və 1 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta