AZ

Ozobiçin Azərbaycanda yeni klubu - RƏSMİ

"Turan Tovuz" növbəti transferini reallaşdırıb. 


Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bölgə təmsilçisi Filip Ozobiçi heyətinə qatıb. Son olaraq “Neftçi”nin şərəfini qoruyan yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. 

Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”da da forma geyinib. Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.

Qeyd edək ki, "Turan Tovuz" daha öncə David Oliveyra Tavareş (son klubu "Buzau", Rumıniya), Abdulla Rzayev ("Sabah"dan icarəyə götürülüb), Roberto Olabeni ("İbiza", İspaniya) transfer edib.

Seçilən
47
11
manset.az

10Mənbələr