AZ

60 metrlik asteroid Ayla toqquşa bilər - Yerə təsiri necə olacaq?

2025-ci ilin əvvəlində dünya mediası tərəfindən ilk dəfə qeydə alınan 2024 YR4 asteroidi, Ay üçün ciddi təhlükə yaradır və 2032-ci ildə Yerin təbii peyki ilə toqquşma ehtimalını təxminən bir yarım dəfə artırıb.

Milli.Az xəbər verir ki, NASA-nın məlumatına görə, zərbə ehtimalı əvvəlki 3,1%-dən 4,3%-ə yüksəlib.

Bu rəqəm, bu ölçüdə olan məlum asteroidlər arasında ən yüksək risk göstəricisi hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, asteroidin diametri təxminən 60 metrdir. Əgər toqquşma baş versə, bu obyekt 100 min tona qədər Ay daşını məhv edə və Yer orbitindəki peyklərə zərər verə bilər.

Bu hadisə son beş min il ərzində Ayla baş verəcək ən böyük toqquşma ola bilər. Nəticədə Yerdən görünəcək güclü bir parıltı müşahidə ediləcək və eni bir kilometrə qədər olan nəhəng bir krater yaranacaq.

Kənan
Milli.Az

Seçilən
8
1
milli.az

10Mənbələr