AZ

“Neftçi” “Asteras”a qarşı

Yeni mövsümə hazırlaşan “Neftçi” Polşada təşkil edilmiş təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxacaq.

Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Yunanıstanın “Asteras” komandası ilə üz-üzə gələcək.

Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq qarşılaşmaya yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00-da) start veriləcək.

Xatırladaq ki, “Neftçi” daha öncə İsrailin “Hapoel” (Təl-Əviv) (1:1) və Polşanın “Termalitsa” (Nyeçetşa) (2:2) komandaları ilə heç-heçə edib. “Ağ-qaralar” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) komandasına qarşı keçirəcək.

Seçilən
49
3
arena.az

10Mənbələr